Azərbaycan Müdafiə Nazirliyi cəsədlərin mübadiləsi barədə bəyanat verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i215509-azərbaycan_müdafiə_nazirliyi_cəsədlərin_mübadiləsi_barədə_bəyanat_verdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Erməni tərəfi həmişə olduğu kimi yenə də əldə edilmiş razılaşmaları pozur, beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam etməklə, gərginliyin artması istqamətində açıq-aydın addımlar atdığını nümayişkaryanə göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2016 08:11 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi cəsədlərin mübadiləsi barədə bəyanat verdi
    Azərbaycan Müdafiə Nazirliyi cəsədlərin mübadiləsi barədə bəyanat verdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Erməni tərəfi həmişə olduğu kimi yenə də əldə edilmiş razılaşmaları pozur, beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam etməklə, gərginliyin artması istqamətində açıq-aydın addımlar atdığını nümayişkaryanə göstərir.

Trendin məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan hərbi qulluqçusunun meyitinin geri qaytarılmasına ermənilərin əvvəlcədən razılıq verməsinə baxmayaraq sonradan bu məsələyə rədd cavabı verməsi, cəbhənin hər iki tərəfindəki vasitəçiləri sözün əsl mənasında şoka salıb.

"Təəssüf doğuran bir məsələ də odur ki, bu poseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmır, onlara qarşı sərt tədbirlər görməyə, hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də sülhməramlı missiyanı yerinə yetirməklə bütün dünyada ad çıxarmış Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması və işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir" -deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda təmas xəttində aprel ayının əvvəllərində gərginlik bir daha artdı və qarşılıqlı şəkildə atəş nəticəsində hər iki tərəf tələfat verdi.