İran və Azərbaycan rəsmiləri ikitərəfli əlaqələrin inkişafına təkid etdilər
-
İran və Azərbaycan rəsmiləri ikitərəfli əlaqələrin inkişafına təkid etdilər
Azərbaycanın baş naziri Artur Rasizadə ilə İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi arasında baş tutan görüşdə iki ölkə əlaqələrinin daha artıq inkişaf etdirilməsinə təkid edilib.
Artur Rasizadə bu görüşdə Mahmud Vaizini Azərbaycan prezidenti tərəfindən Dostluq Ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edib və iki ölkə əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr üzrə sürətlə inkişaf etdirilməsini vurğulayıb və deyib: İkitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün kənd təsərrüfatı, turizm, bank əməkdaşlıqları, dərman preparatlarının istehsalı, nəqliyyat, yüklərin daşınması və digər sahələr üzrə böyük potensiallar mövcuddur.
Görüşdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişaf etdirilməsində önəmli adlandırılıb.
A.Rasizadə və M.Vaizi Astara çayı üzərində dəmir yolu körpüsünün təməl qoyma mərasiminin keçirilməsini də tarixi hadisə adlandırıblar.
Beynəlxalq Şimal-Cənub dəhlizi çərçivəsində Astara çayı üzərində dəmir yolu körpüsünün quraşdırılması iki ölkə ərazisindən yüklərin daşınması imkanını xeyli dərəcədə artırmış olacaq. Bu da hər iki ölkədə yeni iş və gəlir yerlərinin yaranmasına səbəb olacaq.
Tərəflər bu görüşdə terrorizm, ifratçılıq və regional münaqişələr kimi mühüm məsələlərə də işarə edib, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıblar.
Görüşdə həmçinin, iki ölkə arasında konstruktiv əməkdaşlıqların davam etdirilməsinə təkid edilib.