Cəbhədə Atəş səsləri
https://azeri.sahartv.ir/news/azərbaycan-i216151-cəbhədə_atəş_səsləri
Azərbaycan -Ermənistan ordusunun təmas xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşma pozulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2016 12:12 Asia/Baku
  • Cəbhədə Atəş səsləri
    Cəbhədə Atəş səsləri

Azərbaycan -Ermənistan ordusunun təmas xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşma pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atəşkəsi Ermənistan silahlı qüvvələri pozub.

Verilən məlumata görə, Aprelin 24-də gecə saatlarında Ermənistanın bir döyüş tankı heyətlə birlikdə məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, cəbhə xəttində erməni silahlıları Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq