Sərkisyan danışıqlardan rəsmən imtina etdi
-
Serj Sərkisyan
Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə “istənilən an” başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır. Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan “Bloomberg” agentliyinə deyib.
Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.
“Rusiyanın vasitəçiliyi altında əldə edilən atəşkəs daha geniş miqyasda müharibənin əngəllənməsi üçün kifayət deyil”-Sərkisyan bildirib. Ermənistan prezidenti aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından danışarkən deyib ki, Azərbaycan döyüşlərə “bir neçə yüz tank və 30 minə yaxın artilleriya qurğusu” cəlb etmişdi, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda” kiçik ərazini nəzarət altına alıb. “Ancaq bu ərazilər strateji əhəmiyyət kəsb etmədiyindən əlavə itkilər hesabına onları geri qaytarmağa cəhd etmirik”-Serj Sərkisyan bildirib.