Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
-
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
“ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.
APA-nın ABŞ Dövlət Departamentinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
“Danışıqlar zamanı onlar Dağlıq Qarabağ münaqişəsində tərəflərin (Azərbaycan və Ermənistanın) atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə ediblər”, - deyə Kirbi brifinq zamanı bildirib.
Bir müddət Rusiya xarici işlər naziri Sergey Lavrov da öncə İrəvana daha sonra isə Bakıya səfər edərək, iki ölkə rəsmiləri ilə danışıqlar aparmışdı.
Həm Rusiya, həm də ABŞ-ın münaqişənin hərbi həll yoluna malik olmadıqlarını vurğulamaları, dolayısı ilə Azərbaycana işğal altında olan torpaqlarını hərbi yolla azad etməsinə icazə verməyəcəkləri mesajına malikdir.
Çünki, ABŞ və Rusiya Qarabağ münaqişəsinin həllində vasitəçi tərəf olan Minsk qrupunun aparıcı üzvləri olaraq indiyə kimi münaqişənin ədalətli həlli istiqamətində heç bir addım atmayıb, status-kvonun qorunmasını təmin etməklə Ermənistanın maraqlarını müdafiə etməyə çalışıblar.