İranlı yeniyetmələr Bakıda uğurlu çıxış etdilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i216451-İranlı_yeniyetmələr_bakıda_uğurlu_çıxış_etdilər
İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə yığma komandası Azərbaycan Respublikası Güləş Federasiyasının təşkil etdiyi kubok yarışının birinci günündə 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 07:39 Asia/Baku
  • İranlı yeniyetmələr Bakıda uğurlu çıxış etdilər
    İranlı yeniyetmələr Bakıda uğurlu çıxış etdilər

İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə yığma komandası Azərbaycan Respublikası Güləş Federasiyasının təşkil etdiyi kubok yarışının birinci günündə 2 qızıl, 3 gümüş və 4 bürünc qazanıb.

Yarışlarda qızıl medalları 46 kq çəki dərəcəsində Məhəmməd Mehrabi və 100 kq çəki dərəcəsində isə Nəvid Əliqulunəvəsi qazanıblar.

Bu yarışlarda Əbülfəz Zinəti Rifah, Məhəmməd Mehdi Xoşbəxt və Həmidrza Badkani gümüş, Məhəmməd Hadi Şabani, Siyavəş Mənsur Yəngecə, Bəhram Mərufxani və Əli Əkbər Yusifi isə bürünc medal qazanıblar.

Yarışları kəmiyyət baxımından yüksək adlandıran İranın yeniyetmələrdən ibarət yunan-roma güləşi üzrə baş məşqçisi Əli Əşkani deyib: Güləş üzrə ən güclü ölkə yəni İran, Azərbaycan və Gürcüstanın bu yarışlarda iştirak etməsinə baxmayaraq, Rusiyanın iştirak etməsi keyfiyyət baxımından yüksək ola bilərdi. Lakin bununla belə, biz öz məqsədlərimizə çatdıq.

Azərbaycan Respublikası Güləş üzrə Federasiyasının yarışlarında 11 ölkənin idmançısı iştirak edir. 29 aprelə qədər yunan-roma və sərbəst güləş üzrə yeniyetmələr və gənclər öz güclərini sınayırlar.