İran prezidentinin müavini Azərbaycan prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i216472-İran_prezidentinin_müavini_azərbaycan_prezidenti_ilə_görüşüb
İran İslam Respublikası prezidentinin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Azərbaycan Respublikası prezidenti ilə görüşərək danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 12:01 Asia/Baku
  • İran prezidentinin müavini Azərbaycan prezidenti ilə görüşüb
    İran prezidentinin müavini Azərbaycan prezidenti ilə görüşüb

İran İslam Respublikası prezidentinin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Azərbaycan Respublikası prezidenti ilə görüşərək danışıqlar aparıb.

İran İslam Respublikasının Bakıdakı səfirinin də iştirak etdiyi bu görüşdə Azərbaycan prezidenti iki ölkənin müsbət əlaqələri və İran prezidenti ilə dəfələrlə baş tutan görüşlərinə toxunaraq deyib: İki ölkə prezidentlərinin əlaqələri qardaşlıq və dostluq əlaqələridir. Mən əsasən iqtisadiyyat sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün lazımi göstərişləri vermişəm.

İlham Əliyev Rəşt-Astara dəmiryolunun çəkilməsində Azərbaycanın iştirakını iqtisadi əməkdaşlıqlara nümunə göstərərək çoxlu tarixi və mədəni ortaqlıqları nəzərə alaraq turizm sahəsində əməkdaşlıqların genişləndirilməsini də vurğulayıb.

İran prezidentinin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Sultanifər də bu görüşdə İran prezidentinin səmimi salamını Azərbaycan prezidentinə çatdıraraq iki ölkə prezidentlərinin görüşlərinin artmasını tərəflərin maraqlarının nişanəsi adlandırıb və İran prezidentinin Azərbaycanan növbəti səfərində turist əməkdaşlıqlarının genişləndirilməsi sahəsində imzalanmaq üçün anlaşmaların hazırlandığına toxunaraq deyib: Bu sahədə iki tərəf xarici turistlərin cəzb olunmasında müştərək şəkildə addım ata bilər.