Ermənistanın Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrə təmayülü
https://azeri.sahartv.ir/news/azərbaycan-i216502-ermənistanın_qarabağ_münaqişəsinin_həlli_üzrə_müzakirələrə_təmayülü
Ermənistanın xarici işlər naziri İrəvanın Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrə təmayülündən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2016 04:59 Asia/Baku
  • Eduard Nalbandyan
    Eduard Nalbandyan

Ermənistanın xarici işlər naziri İrəvanın Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrə təmayülündən xəbər verib.

TASS xəbər agentliyinin məlumatına görə, Eduard Nalbandyan daxili mətbuat konfransında bildirib ki, Ermənistan dövləti Qarabağ münaqişəsinin həlli üzrə müzakirələrdən çəkinmir və Azərbaycan Respublikası ilə ərazi ixtilaflarını həll etməyə meyllidir.

İşğal olunmuş Qarabağ məntəqələrində döyüşlər aprelin əvvəllərindən başlanıb və tərəflər arasında nisbi atəşkəsin bərqərarına rəğmən, döyüşlər hələ də davam etməkdədir və iki tərəf bir-birini münaqişə məntəqəsində təhrikedici hərəkətlərdə ittiham edir.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs razılaşmasının mövcud olmasına rəğmən, münaqişəli Qarabağ məntəqəsindəki ön cəbhədə vəziyyət gərgindir və atəşkəs iki tərəfin qüvvələri vasitəsilə pozulmaqda davam edir.