Soltanifər-Paşazadə görüşündə mədəni əlaqələrin inkişafı vurğulanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i216565-soltanifər_paşazadə_görüşündə_mədəni_əlaqələrin_inkişafı_vurğulanıb
İran prezidentinin müavini və İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Azərbaycan Respublikasına səfərinin davamında dünən axşam ikinci dəfə olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 28, 2016 10:44 Asia/Baku
  • Soltanifər-Paşazadə görüşündə mədəni əlaqələrin inkişafı vurğulanıb
    Soltanifər-Paşazadə görüşündə mədəni əlaqələrin inkişafı vurğulanıb

İran prezidentinin müavini və İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Azərbaycan Respublikasına səfərinin davamında dünən axşam ikinci dəfə olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb.

Məsud Soltanifər bu görüşdə iki ölkə əlaqələrini səmimi adlandırıb. O, iki ölkə prezidentlərinin qarşılıqlı münasibətlərin genişlənməsinə təkidlərinə işarə edərək, deyib: İran ilə Azərbaycan Respublikası arasında mövcud olan bir çox ortaqlıqlar və iki ölkə xalqlarının qarşılıqlı əlaqələrin inkişafına olan maraqları əməkdaşlıqlar üçün münasib zəmin yaradıbdır.

Məsud Soltanifər tarixi və mədəni abidələrin bərpası sahəsində İranın yaxşı imkanlarına işarə edərək, deyib: YUNESKO iranlı ekspertlərin yüksək qabiliyyətlərinə görə, vurğulayıbdır ki, bizim ekspertlərimiz Suriya və İraqda terror hücumları nəticəsində zədələnmiş mədəniyyət abidələrinin bərpası ilə məşğul olsunlar.

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Azərbaycan Respublikasında dəyərli tarixi-mədəni abidələrin və yaxşı sivilizasiya keçmişinin mövcud olmasına toxunub və belə deyib: Biz bu sahədə azəri qardaşlarımıza lazımi ekspert köməyini göstərməyə hazırıq.

İran prezidentinin müavini Azərbaycan Respublikasını iranlıların ikinci evi adlandırıb və bütün sahələrdə, xüsusən turizm sahəsində əlaqələrin inkişafını vurğulayıb.

İran prezidentinin müavini sonra terror qruplarının nurlu islami simanı bədnam etmək hədəfi və İslamın adı ilə müsəlman ölkələrdə törətdikləri cinayətlərə toxunub və belə söyləyib: Hamımız çalışmalıyıq ki, islami ölkələrdə bu terror qruplarının kökləri kəsilsin.

O, Qarabağda yaranımış vəziyyətdən də təəssüf ifadə edərək, deyib: Ümid edirik ki, bu münaqişə dinc yolla həll olunacaq.

Allahşukür Paşazadə də bu görüşdə iki ölkənin müxtəlif sahələrdəki səmimi əlaqələrinə toxunaraq, deyib: İran İslam Respublikası həmişə Azərbaycan Respublikasına dayaq olub və Azərbaycan xalqının mövqe və hüquqlarını müxtəlif təşkilatlarda himayə edibdir. Buna görə, İranın dövləti və xalqına, xüsusən İslam İnqilabının Böyük Rəhbəri və dünya şiələrinin ali məqam mərcəyi Həzrət Ayətullahuluzma Xameneiyə təşəkkür edirəm.

Qafqaz Müsəlmanları İdarəsinin sədri öz səmimi salamlarını İslam İnqilabının Böyük Rəhbərinə və İran prezidentinə bəyan edərək, deyib: Azərbaycan Respublikası İran İslam Respublikası ilə dostluq və qardaşlıq ardıncadır.

Paşazadə həmçinin Qarabağdakı son döyüşlərə də toxunub: İslam İnqilabının Böyük Rəhbərinin "Qarabağ İslam torpağıdır və bu islami diyarın torpağının azad edilməsi mücahidləri şəhid sayılırlar" kimi dəyərli fitvası bizi olduqca sevindiribdir və biz İranın şərəfli xalqının bu sahədəki himayəsi və dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan Respublikasında şiə ilə sünni məzhəbləri arasındakı yaxşı əlaqələrə toxunaraq, deyib: Azərbaycanın öz istiqlaliyyətini əldə etdiyi zaman ölkəmizdə on yeddi məscid mövcud idi, lakin hazırda məscidlərin sayı iki minədək artıbdır.

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri habelə Bakının tarixi Təzə Pir məscidi və Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasından baxış keçirib. O, bu kitabxanada mövcud olan əlyazmalarla tanış olub.

Sivilizasiya birliyi üzrə BMT-nin yeddinci beynəlxalq konfransında iştirak məqsədilə Bakıya səfər etmiş Məsud Soltanifər dünən günortadan öncə də Azərbaycan Republikasının prezidenti ilə görüşübdür.