Bakıda "Fars Körfəzi" adlı stolüstü tennis yarışları keçirilib
-
Bakıda "Fars Körfəzi" adlı stolüstü tennis yarışları keçirilib
29 aprel, İranda "Fars Körfəzi" milli günü münasibəti ilə Azərbaycanda yaşayan iranlılar o cümlədən iranlı məktəblilər və müəllimlərin iştirakı ilə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzində stolüstü tennis yarışları təşkil edilib.
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi bu müsabiqənin təşkil edilməsində məqsədin "Fars Körfəzi" milli gününün qeyd edilməsi olduğunu bildirib və deyib: İİR düşmənlərinin Fars Körfəzinin adının dəyişdirilməsi üzrə səylərinə rəğmən bu körfəzin adı əbədiyyətə kimi dəyişilməz olaraq qalacaq. Tarixi təhrif etməyə çalışanların və bu körfəz üçün qondarma "Ərəb Körfəzi" adından istifadə edənlərin səylərinin isə heç bir nəticəsi olmayacaq.
İran səfirliyinin işçilərindən olan Nasir Vətən bu yarışın qalibi olub. İranlıların Həzrət Vəli Əsr(ə) Təhsil Kompleksinin şagirdi Əli Abbasi və səfirliyin yerli işçilərindən olan Fərhad Zərb isə müvafiq olaraq 2-ci və 3-cü olublar.
Müsabiqənin qalibləri mükafatlandırılıblar.