İranlı güləşçilər Bakıda uğurla çıxış ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i216625-İranlı_güləşçilər_bakıda_uğurla_çıxış_ediblər
İranlı gənc güləşçilər Bakıda keçirilən Azərbaycan Güləş Federasiyası Kuboku yarışlarında 4 qızıl, 5 gümüş və 4 bürünc medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2016 09:42 Asia/Baku
  • İranlı güləşçilər Bakıda uğurla çıxış ediblər
    İranlı güləşçilər Bakıda uğurla çıxış ediblər

İranlı gənc güləşçilər Bakıda keçirilən Azərbaycan Güləş Federasiyası Kuboku yarışlarında 4 qızıl, 5 gümüş və 4 bürünc medal əldə ediblər.

Qızıl medala layiq görülən iranlı güləşçilər 46 kq çəki dərəcəsində Məhəmməd Eşqi, 50 kq çəki dərəcəsində Əmir Pərəstə, 76 kq çəki dərəcəsində Mustafa Nəcəfi və 100 kq çəki dərəcəsində İrfan Cəfəri olub.

İranlı güləşçilər Əli Hacıəlipur, Məcid Dastan, Hamed Rəhimi, Əmir Hüseyn Qavusi və Səccad Qulami gümüş medalların müəllifləri olublar.

Bürünc medalların sahibləri isə Əli Əzimi, Rza Əlixanzadə, Əmirhüseyn Xodabəxşi və İrfan Əyyubi olub.

Komandalar üzrə yarışların qalibi Azərbaycan olub. İran və Türkiyə isə müvafiq olaraq 2-ci və 3-cü olublar.

İranın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Murad Məhəmmədi İranın 91 xal ilə birinci olmalı olduğunu vurğulayaraq deyib: 85 kq çəki dərəcəsi üzrə İran güləşçilərinin xalları ümumiyyətlə hesaba alınmayıb. Bu isə beynəlxalq idman qaydalarına uyğun deyil.

Təşkilatçı tərəf isə yarışın protokolunda sadəcə ilk 3 yerin xallarının hesablandığının öncədən qeyd olunduğunu xatırladaraq, aşağı yerlərin imtiyazlarının nəzərə alınmadığını və bunun protokolda öz əksini tapdığını vurğulayıblar.

Azərbaycan Güləş Federasiyası Kuboku yarışlarında 11 ölkə iştirak edib. Yarışlar sərbəs və yunan-roma güləş növləri üzrə gənclər və yeniyetmələr arasında keçirilir. Sərbəst güləş üzrə gənclər arası yarışlar sabah başa çatacaq.