Azərbaycan xarici işlər naziri: Qarabağ münaqişəsi 25 il sonra həll olunmalı idi
https://azeri.sahartv.ir/news/azərbaycan-i216739-azərbaycan_xarici_işlər_naziri_qarabağ_münaqişəsi_25_il_sonra_həll_olunmalı_idi
Azərbaycan Respublikası xarici işlər naziri deyib: Rusiyanın Dağlıq Qarabağ münaqişəsi barəsindəki planı aysberq kimidir və hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı tərəfi də var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 30, 2016 06:27 Asia/Baku
  • Azərbaycan xarici işlər naziri: Qarabağ münaqişəsi 25 il sonra həll olunmalı idi
    Azərbaycan xarici işlər naziri: Qarabağ münaqişəsi 25 il sonra həll olunmalı idi

Azərbaycan Respublikası xarici işlər naziri deyib: Rusiyanın Dağlıq Qarabağ münaqişəsi barəsindəki planı aysberq kimidir və hər kəs aysberqin üst tərəfini görür. Amma bunun aşağı tərəfi də var.

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov maltalı həmkarı ilə mətbuat konfransında deyib: Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir. Biz müharibə istəmirik. Amma münaqişə 25 ildən sonra həll olunmalı idi.

Nazir bildirib ki, məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı yenilənmiş Madrid prinsipləri əsasındadır.

Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır.

Nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın bu qurumdakı nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıq gətirib: “1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur.

Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995 atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb.

Biz də düşünürük ki atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz.

Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur-olsun, amma irəli gedək.