Nardaranda İmam Zaman (əc) elmi hövzəsi dağıdılıb
-
Nardaranda İmam Zaman (əc) elmi hövzəsi dağıdılıb
İslama qarşı addımların davamında, Bakının Nardaran qəsəbəsində İmam Zaman (əc) elmi hövzəsi binasının dağıdılmasına başlanıb.
Media.az-ın məlumatına görə, Nardaranın İmam Zaman (əc) islam mədrəsəsinin binasının dağıdılmasına yol keçidinə təcavüz bəhanəsi ilə polis məmurlarının nəzarəti altında başlanıb.
Bir neçə Nardaran sakini bildirib ki, bu islam təlimi mərkəzinin binası heç bir vəchlə yola maneə yaratmır və yola təcavüz İmam Zaman (əc) elmi hövzəsinin binasını dağıtmaq üçün sırf bəhanədir.
Onlar bildiriblər ki, Nardaranda hələ də bağlı yolların təmir olunmadığı bir halda, İmam Zaman (əc) dini mədrəsəsi binasının dağıdılması mənasızdır.
Qeyd edək ki, Nardaran qəsəbəsi ötən il 26 noyabrda İmam Hüseyn (ə) ərbəini ərəfəsində Azərbaycan polisi və təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldı. Bu hücumda 5 namaz qılan şəhid oldu. 14 nəfər, o cümlədən Höccətülislam Tale Bağırzadə həbs olundu.
Bu hücum ardınca, bütün şiəlik simvolları, o cümlədən Həzrət Seyyidüş-Şühədanın bayraqları Nardarandan yığışdırıldı, İmam Hüseyn (ə) ərbəini mərasiminin keçirilməsinin qarşısı alındı və İmam Rzanın (ə) bacılarından Rəhimə Xatunun pak hərəminin ziyarəti qadağan elan olundu.
6 ayın keçməsinə baxmayaraq, hələ də 50-dən çox nardaranlı islam fəalı mühakiməsiz həbsdədir və rəsmi Bakı Nardaranın neçə yüzillik tarixində ilk dəfə olaraq Rəhimə Xatunun məqbərəsi ətrafında İmam Hüseyn (ə) ərbəininin keçirilməsinə mane olmuşdur.
Həmçinin Nardaranda polis və təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin davam etməsinə görə, əhali hər il əzəmətli şəkildə keçirilən İmam Əlinin (ə) səadətli viladətini keçirə bilməmişdir.
Bakının şimal-şərqində yerləşən Nardaran qəsəbəsi Bibi Rəhimə ziyarətgahına görə, Azərbaycanda dini şöhrətə malikdir və bu ölkədə şiəliyin önəmli mərkəzlərindən hesab olunur.