Bakıda Məbəs Bayramı
https://azeri.sahartv.ir/news/azərbaycan-i217201-bakıda_məbəs_bayramı
Həzrət Məhəmməd Mustafanın(s.ə.s) peyğəmbərliyə seçildiyi gün və Məbəs bayramı münasibəti ilə Bakıda əzəmətli mərasim keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 07:29 Asia/Baku
  • Bakıda Məbəs Bayramı
    Bakıda Məbəs Bayramı

Həzrət Məhəmməd Mustafanın(s.ə.s) peyğəmbərliyə seçildiyi gün və Məbəs bayramı münasibəti ilə Bakıda əzəmətli mərasim keçirilib.

Dindar kəsimin geniş iştirakıilə Bakıda keçirilən bu mərasimdə "besət"in (peyğəmbərliyə təyin) əhəmiyyəti və fəlsəfəsi barədə çıxışlar edilib, müsəlmanlar arasında birlik və həmrəyliyin qorunmasına təkid olunub.

Mərasim iştirakçıları həmçinin, düşmənlərin fitnələri qarşısında müsəlmanların ayıqlığı və agahlığına təkid ediblər.

Bu mənəvi mərasimdə həmçinin, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Möhsün Səmədovun Məbəs bayramı münasibəti ilə bağlı təbrik müraciəti qiraət olunub və Əhl Beyt(ə) məddahları Həzrət Məhəmməd Mustafanın(s.ə.s) vəsfində şerlər oxuyublar.