“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda görüş planlaşdırılır”
May 05, 2016 17:42 Asia/Baku
“Yaxın vaxtlarda həmsədrlərin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi üzrə görüş planlaşdırılır”. Bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Görüş planlaşdırırıq, çünki məsələ yüksək diqqət tələb edir. Yəgin ki, tezliklə təmasları razılaşdıracağıq. Şübhəsiz ki, həmsədrlərin və münaqişə tərəflərinin iştirakı ilə. Axı bu iş belə kollektiv format tələb edir”, - deyə o vurğulayıb.
Lavrov bildirib ki, “Moskva Dağlıq Qarabağda istənilən atəşkəs pozuntusunun qarşısını almağı və bunun üçün işlək mexanizmlərin hazırlanmasını başlıca məsələ hesab edir”.