Bakıda Gənclər və Multikuturalizm Beynəlxalq Festivalında İranın pavilyonu rəğbətlə qarşılanıb
-
Bakıda Gənclər və Multikuturalizm Beynəlxalq Festivalında İranın pavilyonu rəğbətlə qarşılanıb
Azərbaycan Respublikası Qafqaz Universitetinin 8-ci Gənclər və Multikulturalizm Beynəlxalq Festivalında İranın pavilyonu insanların rəğbəti ilə qarşılanıb.
Bu mədəni festivalda 25 ölkənin tələbələri bəzi ölkələrin Azərbaycandakı səfirliklərinin köməyi ilə öz mədəniyyət və sivilizasiyasının bir hissəsini, əl işləri sənayesi, aşpazlıq, hədiyyələr, şirnilər, həmçinin tarixi və təbiət cazibəliklərinə aid kitablar çərçivəsində sərgiləyiblər.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç tələbələrin bir-birlərinin mədəniyyət və sivilizasyası ilə tanışlığını və insanların müxtəlif mədəniyyətlərlə bir-birinin sülh içində yaşamalarının zəruriliyini bu festivalın keçirilməsinin məqsədlərindən adlandırıb və deyib: Fəxr edirəm ki, bu sərginin bütün işlərini tələbələr özləri etmişlər.
Bu festivalın sərgi hissəsində İranın zəngin mədəniyyətinin bir hissəsi də iştirkçılara təqdim olunub və onlar tərəfindən rəğbətlə qarşılanıb.
İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi deyib: Bu pavilyonda İranın əl işləri sənayesi, şirnilər, hədiyyələr, tarixi və təbiət cazibəliklərinin bir hissəsi sərgiləndi və müxtəlif ölkələrin tələbələri bu pavilyonu maraqla qarşıladılar.
İran pavilyonuna müraciət edənlər İran mədəniyyəti ilə tanış olmaqdan şad olduqlarını bildirərək deyiblər ki, İranın dərin və qədim sivilizasiyası vardır və bu pavilyon bu ölkəyə hakim zəngin mənəviyyatı çox gözəl əks etdirir.