Bakıda müəllim günü
https://azeri.sahartv.ir/news/azərbaycan-i217402-bakıda_müəllim_günü
Müəllim həftəsi ilə bir vaxtda və yüksək müəllim dərəcəsinin qiymətləndirilməsi, eləcə də Bakıda fəaliyyət göstərən iranlı müəllimlərin səylərinin yüksək dəyərləndirilməsi məqsədilə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin ofisində xüsusi mərasim keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2016 09:11 Asia/Baku
  • Bakıda müəllim günü
    Bakıda müəllim günü

Müəllim həftəsi ilə bir vaxtda və yüksək müəllim dərəcəsinin qiymətləndirilməsi, eləcə də Bakıda fəaliyyət göstərən iranlı müəllimlərin səylərinin yüksək dəyərləndirilməsi məqsədilə Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin ofisində xüsusi mərasim keçirilib.

Həzrət Vəliyyi Əsr(əc) kompleksinin müdiri cənab Qələndəri Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad tərəfindən keçirilən bu mərasimdə şəhid ustad Mütəhərrinin xatirəsini yad edərək, müəllim həftəsi münasibətilə bütün müəllimləri təbrik edib. O, deyib: Allah-Taala insanların birinci müəllimidir və Böyük Peyğəmbər(s.ə.s.) özünü müəllim adlandırıbdır. Cənab Qələndəri kompleksin müəllimlərinin elm və təhsil keçmişlərini yüksək dəyərləndirib.

İranın Azərbaycan Respublikasındakı səfiri də bir çıxışda islami cəmiyyətinn qurulması və insanların tərbiyəsində bu mədəni təbəqənin mühüm və təsirli roluna toxunaraq, deyib: Hegemonçuluq quruluşunun var gücü ilə İslamın və İslam İnqilabının qarşısına çıxdığı hazırkı şəraitdə mübarizə meydanının zabitləri olan müəllimlər İslam İnqilabının yüksək dəyərlərinin qorunması və məktəblilərin tərbiyəsində son dərəcə təsirli rola malikdirlər.

Vəliyyi Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Ocaqnejad da öz çıxışında müəllimlərin insanların təlim-tərbiyəsindəki təsirli rollarını bəyan edib.

Bu mərasim həmkarlara hədiyyələr və təşəkkür lövhəsinin verilməsi və camaat namazının qılınması ilə başa çatıb.