Ermənistan və Azərbaycan arasında atışma bərpa olunub
May 07, 2016 14:40 Asia/Baku
-
Ermənistan və Azərbaycan arasında atışma bərpa olunub
Atəşkəsin pozulması ilə Ermənistan və Azərbaycan bir daha atışmanı bərpa ediblər.
Press TV-nin məlumatına görə, ötən ay münaqişəli Qarabağ mənrtəqəsində qanlı döyüşlərə son qoymuş bu atəşkəs pozulub və atəş mübadiləsi bərpa olunubdur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, Ermənistan qüvvələri ötən sutka ərzində 122 dəfə atəşkəsi pozublar və azəri qüvvələr bütün hallarda atəşləri cavablandırıblar.
Bundan öncə Ermənistan bildirmişdi ki, Azərbaycan qüvvələri atəşkəsi pozmuşdular. Aprelin əvvəllərində hər iki tərəfin qüvvələri artilleriya, tank və digər silahlarla atəş açıblar ki, nəticədə tərəflərdən yetmiş beş nəfər öldürülübdür.