Azərbaycan İranla sərhəddə fəaliyyətsiz olan keçid məntəqələrinin işini bərpa etmək istəyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i217579-azərbaycan_İranla_sərhəddə_fəaliyyətsiz_olan_keçid_məntəqələrinin_işini_bərpa_etmək_istəyir
"Azərbaycan İranla sərhəddə fəaliyyətsiz olan bir sıra gömrük-keçid məntəqələrinin işini bərpa etmək istəyir". bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2016 07:54 Asia/Baku
  •  Şahin Bağırov
    Şahin Bağırov

"Azərbaycan İranla sərhəddə fəaliyyətsiz olan bir sıra gömrük-keçid məntəqələrinin işini bərpa etmək istəyir". bunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib.

"Hazırda İranla bir sıra keçid məntəqələrinin bəziləri işləmir. Çalışırıq ki, mövcud olan keçid məntəqələrinin fəaliyyətini bərpa edək. İran və Azərbaycan arasında ümumiyyətlə insanların rahat hərəkəti üçün münbit şərait yaradılıb. Hazırda bəzi keçid məntəqələrinin bərpa üçün müzakirələr aparırıq. Hökumətlərarası Komissiya səviyyəsində Azərbaycanla İran arasında mövcud olan keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi ilə bağlı konkret addımlar atılır. Aparılan bu işlərin nəticəsi ictimaiyyətə məlum olacaq. Gömrük orqanları bu məsələyə tam hazırdır", - deyə sədr müavini qeyd edib.

Qeyd edək ki, Məbəs bayramı ərəfəsində İran və Azərbaycan arasında Poldəşt yeni sərhəd keçid məntəqəsi istifadəyə verilib.