İranlı yeniyetmə boksçu Bakı yarışlarında qızıl medal qazanıb
İranlı yeniyetmə boksçu Azərbaycan Respublikası prezident kuboku üzrə beynəlxalq yarışların qalibi olub.
İranlı yeniyetmə boksçu Səccad Musəvi səksən kiloqramdan yuxarı çəki dərəcəsində bu gün axşam öz rus rəqibi üzərində qələbə qazanaraq, qızıl medala layiq görülüüb.
Bu mazandaranlı ağır çəkili boksçu Rusiyadan olan İbrahim Xıdırov ilə qüdətlə mübarizə apararaq, birinci olub.
Bu yarışların komanda nəticələrinə görə, Rusiya, Azərbaycan Respublikası və Qazaxıstan komandaları müvafiq olaraq, 1-ci-3-cü yerlərdə durublar.
Həmin yarışlarda İrandan on bir boksçu iştirak etmişdi ki, səkkiz boksçu yarışların ilk mərhələsində rəqibinə məğlub olaraq, yarışlardan kənarlaşmışdı.
İki digər iranlı boksçu- Puya Şah Məhəmmədi və Əlirza Esfəndi də İslam İnqilabının amallarına sədaqət və Fələstin xalqını himayə nişanəsi olaraq, qəsbkar sionist rejimdən olan rəqibləri ilə yarışa hazır olmayıblar.
Azərbaycan Respublikası prezident kuboku üzrə beynəlxalq yarışlarda on dörd ölkədən olan 154 boksçu dörd gün ərzində rəqabət aparıb.