Ermənistan Qarabağ sülh müzakirələrindən yayınır
-
Ermənistan Qarabağ sülh müzakirələrindən yayınır
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədri deyib: Ermənistan Qarabağ sülh müzakirələrindən yayınır.
CBC telekanalının verdiyi məlumata görə, Səməd Seyidov deyib: Ermənistan Qarabağ sülh müzakirələrinin status-kvonu dəyişəcəyindən nigarandır.
S.Seyidov BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinə və bütün beynəlxalq müşahidəçilərin status-kvonun dəyişilməli olması barədə açıqlamalarına işarə edərək, deyib: Ermənistan bu prosesin qarşısını almaq üçün böyük səylər göstərir.
Azərbaycan Milli Məclisi spikerinin birinci müavini də deyib: Ermənistanın münaqişə məntəqəsindəki son destruktiv hərəkətləri Avropa Şurası Parlament Assambleyasının yay sesiyasında diqqət mərkəzində saxlanılmalıdır.
Bahar Muradovanın dediyinə görə, Ermənistanın aprel ayının əvvəlində təmas xəttində atəşkəsi pozduğu zaman AŞ PA və ATƏT rəsmilərindən bu xüsusda lazımi reaksiya vermələrini istəyib.