İranın kənd təsərrüfatı cihadı naziri öz azəri həmkarı ilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i218278-İranın_kənd_təsərrüfatı_cihadı_naziri_öz_azəri_həmkarı_ilə_görüşüb
İranın kənd təsərrüfatı cihadı naziri bu gün Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2016 10:40 Asia/Baku
  • İranın kənd təsərrüfatı cihadı naziri öz azəri həmkarı ilə görüşüb
    İranın kənd təsərrüfatı cihadı naziri öz azəri həmkarı ilə görüşüb

İranın kənd təsərrüfatı cihadı naziri bu gün Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb.

Bu görüşdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İranın kənd təsərrüfatı, xüsusən sanksiyalar dövründə öz qida maddələrinin təminindəki dəyərli təcrübəsi sahəsindəki yerinə işarə edərək, ölkəsinin texnologiya və kənd təsərrüfatı məhsullarının istehsalı və satın alınması sahələrində həmkarlığa və nəqliyyat sahəsində bir-birilərinin imkanlarından istifadəyə hazır olduğunu bildirib.

İranın kənd təsərrüfatı cihadı naziri də iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişlənməsinə toxunaraq, Azərbaycan Respublikasının Rusiya və Qafqaz istiqamətində yerləşdiyi üçün kənd təsərrüfatı sahəsini də münasibətlərin gücləndirilməsi üçün münasib zəmin adlandırıb.

Mahmud Höccəti İranın kənd təsərrüfatı, maldarlıq, floranın qorunması və baytarlıq sahəsindəki qabliyyətlərini şərh edərək, texniki və ticari mübadilələri iki ölkənin kənd təsərrüfatı və əlaqədar sahələrdə həmkarlığı üçün yaxşı zəminlər adlandırıb.