Minsk Qrupu həmsədlərinin müştərək bəyanatı
May 17, 2016 06:08 Asia/Baku
-
Minsk Qrupu həmsədlərinin müştərək bəyanatı
Minsk Qrupu həmsədrləri Qarabağ münaqişəsinin həlli ilə bağlı müştərək bəyanat veriblər.
Trend-in verdiyi məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri iki ölkə silahlı qüvvələrinin təmas xəttində atəşkəsin qorunması və münaqişəsinin Minsk qrupunun vasitəçiliyi ilə həlli barədə razılığa gəliblər.
Azərbaycan və Ermənistan prezidentləri həmçinin itkin düşmüşlər və əsirlər barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə informasiya mübadiləsi haqda da razılığa gəliblər.
Bəyanatın sonunda iki ölkə prezidentlərinin qarşıdan gələn iyun ayında görüşəcəkləri bildirilir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bazar ertəsi günü Minsk qrupu həmsədrlərinin iştirakı ilə Vyanada görüşüblər.