İran-Azərbaycan əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i218386-İran_azərbaycan_əməkdaşlıqlarının_genişləndirilməsi_yolları_araşdırılıb
İran və Azərbaycanın kənd təsərrüfatı nazirləri birgə mətbuat konfransında ikitərəfli əməkdaşlıq proqramları barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2016 08:30 Asia/Baku
  • İran-Azərbaycan əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılıb
    İran-Azərbaycan əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılıb

İran və Azərbaycanın kənd təsərrüfatı nazirləri birgə mətbuat konfransında ikitərəfli əməkdaşlıq proqramları barədə danışıblar.

İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti əldə olunmuş anlaşmaların icra edilməsi üzrə İran və Azərbaycanın kənd təsərrüfatı nazirliklərinin infrastruktur sahələr üzrə əməkdaşlıqları barədə razılığın əldə edilməsindən xəbər verib.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da bu mətbuat konfransında deyib: Müzakirələrimizin nəticəsi əməkdaşlıqların möhkəmləndirilməsi yolunda yeni dövrün başlanğıcı olacaq.

H.Əsədov İranın kənd təsərrüfatı ilə bağlı təcrübələrindən istifadənin edilməsini iki tərəf arasındakı əsas əməkdaşlıq sahələrindən adlandırıb.

İranın kənd təsərrüfatı naziri həmçinin bu gün Bakıda iranlı və azərbaycanlı iş adamları ilə birgə toplantıda iştirak edib və İranın kənd təsərrüfatı sektoru ilə bağlı potensiallarına aydınlıq gətirib, hər iki tərəfin bu sahənin inkişaf etdirilməsində bir-birinin təkmilləşdiricisi ola biləcəyini deyib.

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov da bu toplantıda ölkəsinin iki ölkə bazarlarının ehtiyaclarına uyğun olaraq təcrübə mübadiləsinə və əməkdaşlığa hazır olduğunu bildirib.

Bu toplantıda iştirak edən İran səfiri də yaranmış atmosferi əməkdaşlıqlrın və ticarət əlaqələrinin genişləndirilməsi üçün münasib adlandırıb.

Toplantının sonunda kənd təsərrüfatı sahəsində əməkdaşlıqlarla bağlı sahələr üzrə iranlı və azərbaycanlı iş adamları arasında danışıqlar baş tutub.