Azərbaycan Vyana görüşünü müsbət dəyərləndirdi
-
Azərbaycan Vyana görüşünü müsbət dəyərləndirdi
Azərbaycan xarici işlər naziri Vyana müzakirələrini qənaətbəxş adlandırıb.
Virtual.az saytının verdiyi məlumata görə, Elmar Məmmədyarov jurnalistlərə verdiyi açıqlamada Rusiya xarici işlər naziri Sergey Lavrovun Vyana müzakirələrində iştirak etməsini müsbət hal adlandırıb və deyib: Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşü əsaslı müzakirələr üçün yaxşı fürsət idi.
E.Məmmədyrovun dediyinə görə, bu müzakirələrın ən qısa zamanda başlanması zəruridir və beynəlxalq ictimaiyyət müzakirələrdən məqbul nəticələr gözləyirlər.
Azərbaycan və Ermənistan prezidenti İlham Əliyev və Serj Sarkisyan bazar ertəsi günü ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb, danışıqlar apardıqdan sonra, görüşüb, Qarabağ münaqişəsiin həll yollarını araşdırıblar.