ATƏT sədri Qarabağda gərginliyin davam etməsindən nigarandır
-
ATƏT sədri Qarabağda gərginliyin davam etməsindən nigarandır
ATƏT sədri münaqişəli Qarabağ məntəqəsinin ön xəttində Azərbaycan Respublikası ilə Ermənistan arasında döyüşlərin davam etməsndən nigaranlıq edib.
Trend-in məlumatına görə, Almaniyanın xarici işlər naziri Frank Valter Ştayenmayer dünən gecə son Qarabağ döyüşlərində tələfatın artmasından təəssüf ifadə edərək, Azərbaycan Respublikası ilə Ermənistandan atəşkəsə riayət etmələrini istəyib.
Frank Valter Ştayenmayer habelə Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin Vyanadakı müzakirələri gedişi və onun nəticələrini alqışlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bazar ertəsi günü Vyanad ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iclasdan sonra Qarabağ münaqişəsi barədə danışıblar.
Bu məlumata görə, Azərbaycan Respublikası və Ermənistan Qarabağ böhranı üçün davamlı həll yolu tapmaq üçün iyun ayınd müzakirə masası arxasına keçəcəklər.