İranın kənd təsərrüfatı cihadı nazirinin Azərbaycan R-na üçgünlük səfəri başa çatıb
-
İranın kənd təsərrüfatı cihadı nazirinin Azərbaycan R-na üçgünlük səfəri başa çatıb
İranın kənd təsərrüfatı cihadı nazirinin Azərbaycan Respublikasına üçgünlük səfəri və bu ölkənin iki naziri ilə görüşü başa çatıb.
Bu görüşlərdə cənab Höccəti Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə müxtəlif kənd təsərrüfatı həmkarlıqları, xüsusən kənd təsərrüfatı avadanlıqlarının istehsalı üzrə müştərək investisiyalar, toxum və zəhərli maddələrin təmini, baytarlıq dərmanları və kənd təsərrüfatı məhsullarının ixracı üçün üçüncü bazarın müəyyənləşdirilməsi barədə danışıb.
İranın kənd təsərrüfatı cihadı naziri bu səfərin sonunda iki tərəfin kənd təsərrüfatı sektorundakı imkanlarına işarə edərək, deyib ki, bu qabiliyyətlər iki ölkənin bu sektorda bir-birini təkmilləşdirməsi üçün imkan yaradır.