Azərbaycan R-da dini məhbusların hüquqlarını müdafiə komitəsinin təşkili vacibliyi vurğulanıb
-
Azərbaycan R-da dini məhbusların hüquqlarını müdafiə komitəsinin təşkili vacibliyi vurğulanıb
Qarabağ İslami Müqavimət Hərəkatının sədri Azərbaycan Respublikasında dini məhbusların hüquqlarının izlənilməməsini tənqid edib.
Rövşən Əhmədli deyib: Azərbaycan Respublikasında siyasi məhbusların hüquqlarını müdafiə barədə bir çox komitə təşkil olunub, amma insan haqları fəalı Leyla Yunusun səylərindən savayı, indiyədək heç bir şəxs və ya komitə bu ölkənin islamçı və dini məhbuslarının hüquqlarının reallaşması istiqamətində ciddi fəaliyyət göstərməyibdir.
Əhmədli bir qrup məhbusun Azərbaycan Respublikası prezidenti tərəfindən əfv olunması hökmünə işarə edərək, deyib: Bu hökmdə də dini məhbuslardan heç birinin adı müşahidə olunmadı.
Yayılmış bəzi statistikalara görə, hazırda yüzlərlə din xadimi və din fəal Azərbaycan Respublikası zindanlarında saxlanılır ki, onların hüquqları bu ölkə dövlətinin pis rəftarları və diqqətsizlikləri sayəsində daim pozulmaqdadır.