Taleh Bağırzadəyə qarşı qətl ittihamı irəli sürülüb
May 19, 2016 20:21 Asia/Baku
“Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan rəhbəri ruhani Tale Bağırzadəyə yeni ittihamlar elan edilib.
Vəkil Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, bunlar qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah əldə etmə kimi maddələrdir.
Bundan əvvəl Taleh Bağırzadəyə Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama kimi maddələrlə şərlənmişdir.
Qeyd edək ki, ötən il noyabrın 26-da Polisin Nardarana hücumu zamanı Taleh Bağırzadə də daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.
Taleh Bağırzadə dini inanc və siyasi baxışlarına görə təqibə məruz qaldığını bildirir.