Azərbaycan prezidenti Co Baydenlə danışıb
-
Azərbaycan prezidenti Co Baydenlə danışıb
Azərbaycan prezidenti ABŞ prezidentinin müavini ilə iki ölkə əlaqələri barəsində telefonla danışıb.
Trend İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinin müavini Co Baydenlə telefon söhbətində deyib: Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda beynəlxalq qanun-qaydalar çərçivəsində həll olunmalıdır.
Məlumata görə, Dağlıq Qarabağ münaqişəsi barəsində son Vyana iclaısnın nailiyyətləri və ABŞ-ın bu münaqişənin həlli üzrə addımları İlham Əliyev və Co Baydenin telefon danışığının mehvəri olub.
Son vaxtlar Azərbaycan Respublikasında siyais ekspert Mübariz Əhmədoğlu ABŞ prezidentinin müavini Co Baydenin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin zəruriliyinə dair açıqlamasına toxunaraq bildirib ki, bu ölkənin Dağlıq Qarabağ münaqişəsi barəsindəki mövqeyi Azərbaycanın mövqeyinə yaxınlaşıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan 5 apreldə 4 gün hərbi qarşıdurmadan sonra Qarabağda atəşkəsin bərpa olunması üzrə razılığa gəliblər.
Bu anlaşmadan sonra iki ölkə dəfələrlə bir-birini atəşkəsi pozmaqda suçlayıb.