Ermənistan atəşkəsi pozdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i218773-ermənistan_atəşkəsi_pozdu
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2016 07:55 Asia/Baku
  • Ermənistan atəşkəsi pozdu
    Ermənistan atəşkəsi pozdu

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycanın mövqelərini atəşə tutulub.

Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.