Bakı İrəvanın təxribatçı siyasətini tənqid edib
-
Bakı İrəvanın təxribatçı siyasətini tənqid edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İrəvanın təxribatçı siyasətini tənqid edib.
Trend-in məlumatına görə, Hikmət Hacıyev müxbirlərlə brifinqində Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin müzakirələrinə işarə edərək, deyib ki, erməni rəsmilər müzakirə və razılaşmaların məzmunlarını təhrif və dünya ictimaiyyətini Azərbaycan Respublikası dövlətinə qarşı təhrik edirlər.
Hikmət Hacıyev həmçinin Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın "Amerikanın səsi" radiosu ilə müsahibəsinə işarə edərək, deyib: Bu görüşdən bir neçə gün sonra Ermənistan rəsmiləri azəri və erməni dövlət başçılarının görüşünün məzmununu təhrif edən şərhlər təqdim edərək, bu görüşün nəticələrini şübhə altına almaq üzrə nəticəsiz səyə başlayıblar.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sözçüsünün ittihamları elə bir halda irəli sürülür ki, Ermənistan Xarici İşlər Nazirliyi dünən Şərq Əməkdaşlıqları Proqramlarına üzv ölkələr və Avropa Birliyi xarici işlər nazirlərinin yeddinci iclasında deyib: Bakı özünün əsassız ittihamları ilə dünya ictimaiyyətinin diqqətini öz hərbi qüvvələri tərəfindən beynəlxalq hüquq normaları və beynəlxalq humanitar hüquqların kəskin tərzdə pozulmasından, eləcə də cinayətlərdən yayındırmaq istəyir.
Ermənistan xarici işlər naziri vurğulayıb: Ermənistan Vyana iclasında əldə olunmuş nəticə və razılaşmaların həyata keçməsi, həmçinin Qarabağ münaqişəsinin dinc yollarla həlli istiqamətində Minsk qrupuna həmsədrlik edən ölkələrlə əməkdaşlığını davam etdirəcək.