May 25, 2016 19:40 Asia/Baku
  • Xədicə İsmayılova azadlığa buraxılıb
    Xədicə İsmayılova azadlığa buraxılıb

Azərbaycanda prezidenti və ailəsini korrupsiyada günahladıran və hakim ailəyə qarşı tənqidi reportajları ilə tanınan jurnalist Xədicə İsmayıl şərti azadlığa buraxılıb.

Bu gün Ali Məhkəmədə X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Qərarda onun iki il müddətinə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi qeyd olunub.

Xədicə İsmayıla qarşı özünü öldürmə həddinə çatdırma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri irəli sürülmüş və 7 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd etmişdir.

Teqlər