Azərbaycan xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərinə reaksiya verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i219355-azərbaycan_xarici_ölkə_vətəndaşlarının_qarabağa_qeyri_qanuni_səfərinə_reaksiya_verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xarici ölkələrin vətəndaşlarının Azərbaycanın işğal olunmuş bölgələri və Qarabağ qeyri-qanuni səfəri barəsində bəyanat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2016 05:11 Asia/Baku
  • Azərbaycan xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərinə reaksiya verdi
    Azərbaycan xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərinə reaksiya verdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi xarici ölkələrin vətəndaşlarının Azərbaycanın işğal olunmuş bölgələri və Qarabağ qeyri-qanuni səfəri barəsində bəyanat verib.

Trend İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bir bəyanatda Bolqarıstan parlament deputatlarının Ermənistanın işğalında olan Azərbaycan ərazilərinə səfərinə etiraz edib.

Hikmət Hacıyev deyib: Bolqarıstan parlament deputatlarının Qarabağa səfəri qeyri-qanuni hərəkətdir və rəsmi Bakı buna etiraz edib.

Hikmət Hacıyev əlavə edib: Bolqarıstan parlamenti deputatları qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə səfər edib və Azərbaycanın qanunun hörmətsizlik və etinasızlıq edib.

Azərbaycan XİN sözçüsü həmçinin rəsmi Bakı ilə koordinasiya olunmadan Qarabağa səfər edən xarici ölkələrin vətəndaşlarına xəbərdarlıq edib və deyib: Qarabağın Azərbaycan ərazisi olduğu və bu ölkəyə viza olmadan xarici ölkə vətəndaşlarının daxil olması qeyri-qanunidir. Elə buna görə bu şəxslərin adları "qara siyahı"ya salınacaq.