İranlı atletlər Azərbaycanda keçirilən yarışda medal qazandılar
https://azeri.sahartv.ir/news/azərbaycan-i219619-İranlı_atletlər_azərbaycanda_keçirilən_yarışda_medal_qazandılar
Məryəm Tusi və Mustafa İbrahimi Azərbaycanda keçirilən qaçış turnirində qızıl medal qazanmalarına baxmayaraq, Rio Da Janeyro Yay Olimpiyasına vəsiqə qazana bilməyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2016 10:41 Asia/Baku
  • İranlı atletlər Azərbaycanda keçirilən yarışda medal qazandılar
    İranlı atletlər Azərbaycanda keçirilən yarışda medal qazandılar

Məryəm Tusi və Mustafa İbrahimi Azərbaycanda keçirilən qaçış turnirində qızıl medal qazanmalarına baxmayaraq, Rio Da Janeyro Yay Olimpiyasına vəsiqə qazana bilməyiblər.

Ötən gün Məryəm Tusi 200 metr məsafədə, Mustafa İbrahimi 800 metr məsafədə bu yarışlarda birinci yeri tutublar. Lakin öncəki rekordlarını yeniləyə bilmədiklərinə görə Yay Olimpiyasına vəsiqə qazana bilməyiblər.

Mustafa İbrahiminin məşqçisi Rza Əbülfəthi atletdən razılığını bildirərək Yay Olimpiyasına vəsiqə qazana bilməməsi barədə deyib: Təlim-məşq toplantıları üçün tənzimlədiyim proqram federasiya tərəfindən icra olunmadı.

100 metr maneəli məsafədə İran rekordçusu Elnaz Kompani son maneəyə toxunduğuna görə, öncəki rekordunu yeniləyə bilməyib. İranın digər atleti Məryəm Mühibbi də bu yarışarda öz rekordunu yeniləmək üçün iştirak edib. Yeniyetmə olmasına baxmayaraq İranın yeniyetmələrdən ibarət qadınlar üzrə yığmasında öz rekordunu yeniləyib.

Bu yarışlarda ümumilikdə 50 qadın və 100 kişi atlet qaçışın 20 növündə iki gün müddətinə öz güclərini sınayıb.