Minsk qrupu həmsədrləri bəyanat yaydı: Azərbaycan və Ermənistan prezidentləri görüşəcəklər
Minsk qrupu həmsədrləri bir bəyanat yayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşlə bağlı öz razılıqlarını elan etmələrindən xəbər veriblər.
Virtual.az saytının verdiyi məlumata görə, Minsk qrupu öz bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə prezidentlərinin 2-ci dövr müzakirələri barədə razılığa gəliblər.
Bu məlumata görə, Elmar Məmmədyarov və Edvard Nalbandyan Minsk qrupu həmsədrləri tərəfindən yayılan bu xəbəri təsdiq ediblər.
Bəyanatda həmçinin, müzakirələrin Fransanın paytaxtı Parisdə keçiriləcəyi qeyd olunub.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 30 may tarixində, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə 2 iyunda Parisdə Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri ilə görüşüb, Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar iki ölkə başçıları arasında görüşün baş tutması barədə danışıqlar aparıblar.