Qarabağda ön cəbhədə atəşkəsin pozulması halları artıb
-
Qarabağda ön cəbhədə atəşkəsin pozulması halları artıb
Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağda təmas xəttində atəşkəsə riayət olunması barəsində anlaşmadan sonra, anlaşmanın ilk günləri ilə müqayisədə atəşkəsin pozulma halları artıb.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictiai əlaqələr şöbəsi cümə günü bir bəyanatda bildirib: İlham Əliyev və Serj Sarkisyanın Vyana müzakirələrində Qarabağda atəşkəsə riayət olunması barəsində anlaşmasından sonra anlaşmanın ilk günləri ilə müqayisədə iki ölkə qüvvələri arasında qarşıdurmaların sayı artıb.
Bəyanatda bildirilir: Ötən həftə sutka ərzində Ermənistan tərəfindən atəşkəsin pozulması 17 dəfə idisə, bu say ötən gecə 30 dəfəyə artıb.
4 gün qarşıdurmadan sonra tərəflər arasında 6 apreldə atəşkəsin elan olunması ardınca, Bakı və İrəvan bir-birini atəşkəsi pozmaqda suçlayır.