Dəmir yolları əməkdaşlığı təşkilatının Bakı iclası sona çatıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i220780-dəmir_yolları_əməkdaşlığı_təşkilatının_bakı_iclası_sona_çatıb
Bakıda Dəmir yolları əməkdaşlıqları üzrə beynəlxalq təşkilata üzv ölkələrin dəmiryolu rəsmilərinin 44-cü iclası bir protokolun imzalanması ilə öz işinə yekün vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2016 12:22 Asia/Baku
  • Dəmir yolları əməkdaşlığı təşkilatının Bakı iclası sona çatıb
    Dəmir yolları əməkdaşlığı təşkilatının Bakı iclası sona çatıb

Bakıda Dəmir yolları əməkdaşlıqları üzrə beynəlxalq təşkilata üzv ölkələrin dəmiryolu rəsmilərinin 44-cü iclası bir protokolun imzalanması ilə öz işinə yekün vurub.

13 maddəlik bu protokolda əməkdaşlıqların genişləndirilməsi, beynəlxalq nəqliyyatın asanlaşdırılması, təşkilatın gələcək fəaliyyət proqramı və büdcəsinin miqdarına təkid olunub.

İclasın katibi, Azərbaycan Respublikası dəmiryolu şirkətinin icraçı müdiri Cavid Qurbanov deyib: İclasda təşkilatla bağlı 13 bənd, bir ölkənin təşkilata üzvlüyü barədə isə bir bənd araşdırıldı, üzvlər arasında beynəlxalq nəqliyyat əməliyyatının asanlaşdırılması layihələrinin icrasaı üçün əməkdaşlıq və koordinasiya baxımından müsbət nəticələr əldə olundu.

İran İslam Respublikasının dəmiryolu idarəçiliyinin inkişaf proqramının sədr müavini Məhəmmədrza Nüsrət Nizami təşkilatın nəzarət komissiyasının sədri olaraq bu iclasda komissiyaya bir hesabat təqdim edib.

Nüsrət Nizami ötən milad ili üçün təşkilatın gəlirlərinin 2.5 milyon frank, xərclərinin isə 5 milyon frank təşkil etdiyini bildirib və deyib: Araşdırmalar göstərir ki, xərclər təsdiqlənmiş büdcəyə uyğun olaraq həyata keçib və üzvlərin maliyyə hesabatlarının hazırlanmasında müasir komputer proqramlarından istifadə etmələrini tövsiyə edib.

Dəmiryolları əməkdaşlıqları təşkilatının iclası dəmiryolları arasında əməkdaşlıq məqsədi ilə hər il üzv ölkələrdən birinin paytaxtında keçirilir. İran bu iclasa 2005-də ev sahibliyi etmişdi

Bakı iclası isə 3 gün müddətində təşkilata üzv olan 26 ölkənin nümayəndələrinin iştirakı ilə keçirildi.