Buzovnada dünya şöhrətli boksçu Məhəmmədəli Kleyin ruhuna iftar ehsanı verilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i220858-buzovnada_dünya_şöhrətli_boksçu_məhəmmədəli_kleyin_ruhuna_iftar_ehsanı_verilib
Dünya şöhrətli müsəlman boksçu Məhəmmədəli Kleyin tərəfdarları idmançının vəfatının 3-cü günündə xüsusi mərasim keçirərək onun xatirəsini yad ediblər. Bu iftarlıq mərasimi Azərbaycanın Buzovna kəndində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2016 08:39 Asia/Baku
  • Buzovnada dünya şöhrətli boksçu Məhəmmədəli Kleyin ruhuna iftar ehsanı verilib
    Buzovnada dünya şöhrətli boksçu Məhəmmədəli Kleyin ruhuna iftar ehsanı verilib

Dünya şöhrətli müsəlman boksçu Məhəmmədəli Kleyin tərəfdarları idmançının vəfatının 3-cü günündə xüsusi mərasim keçirərək onun xatirəsini yad ediblər. Bu iftarlıq mərasimi Azərbaycanın Buzovna kəndində keçirilib.

İftar mərasimində iştirak edənlər bu məşhur idmançının ruhuna Allah taaladan rəhmət və məğfirət diləyiblər.

İftar mərasiminin təşəbbüskarı tanınmış ilahiyyatçı, Buzovna məscidinin imam camaatı və idman mövzusunda bir neçə kitabın müəllifi hacı Sultan Əlizadə olub. O mərasimdə etdiyi çıxışında bu müsəlman idmançının dəyərli xidmətlərindən danışıb.

Məhəmmədəli Kleyin cənazəsi dünən minlərlə amerikalının eləcə də onlarla siyasi, mədəni xadimlər və idmançıların iştirakı ilə keçirilən möhtəşəm mərasimdə doğulduğu Lui Vil şəhərinin Kiohil qəbiristanlığında torpağa verildi.

Dünya çempionu Məhəmmədəli Kley cari həftədə 74 yaşında vəfat etdi.

Ksios Maslus Kley Conior 1942-ci il yanvarın 17-də Amerikanın Kontaki ştatının Lui Vil şəhərində doğuldu. O 1964-də müsəlman oldu və adını Məhəmmədəli Kleyə dəyişdi.