Azərbaycanla İran arasında bank əməkdaşlıqları
https://azeri.sahartv.ir/news/azərbaycan-i221446-azərbaycanla_İran_arasında_bank_əməkdaşlıqları
Azərbaycan Respublikası iqtisadiyyat naziri ölkəsinin bank işlərində İranla əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu deyib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2016 14:47 Asia/Baku
  • Şahin Mustafayev
    Şahin Mustafayev

Azərbaycan Respublikası iqtisadiyyat naziri ölkəsinin bank işlərində İranla əməkdaşlıqların genişləndirilməsində maraqlı olduğunu deyib

İRNA-nın verdiyi məlumata görə, Şahin Mustafayev Azərbaycan banklarının İranda iqtisadi durumu araşdırmaq üçün proqramlar hazırladıqlarını bildirib və deyib: İki ölkə arasında ilkin razılaşmalara görə, Azərbaycan bankları İranda , İran bankları isə Azərbaycanda fəaliyyət göstərəcəklər.

Şahin Mustafayev sonra deyib: Azərbayan Respublikası milli bankının direktoru Elman Rüstəmovun ötən may ayının ortalarında İrana səfəri zamanı iki ölkənin bankçılıq sahəsində əməkdaşlıq perspektivi araşdırılıb.

Azərbaycanın iqtisadiyyat naziri habelə Tehran ilə Bakı arasında əczaçılıq sahəsindəki əməkdaşlıqların da əhəmiyyətini vurğulayaraq deyib: İranın əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə maraqlıdırlar və bu sahədə əməkdaşlıqlar müştərək istehsal obyektlərinin yaradılması formasında reallaşdırılacaq.