Həlak olmuş hərbçilərin meyiti təhvil verildi
İyun 16, 2016 10:48 Asia/Baku
-
Həlak olmuş hərbçilərin meyiti təhvil verildi
Aprel döyüşlərində həlak olmuş13 Azərbaycan hərbçisinin meyiti Ermənistan tərəfindən alınıb.
Bu gün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun sədri İsmayıl Axundov bildirib ki,bu il aprelin 2-5 də itkin düşmüş hərbçilərlə bağlı İşçi Qrupu fasiləsiz iş rejimində çalışıb: “Həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb”.
Onun sözlərinə görə, hazırda hazırda 3803 nəfər əsir və girov kimi qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir. GUAM Komissiyası əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.
Teqlər