Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i221701-ağdaş_seçki_dairəsi_üzrə_təkrar_seçkilərdə_səsvermə_başlayıb
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə səsvermə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2016 04:19 Asia/Baku
  • Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb
    Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə səsvermə başlayıb

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərdə səsvermə başlayıb.

APA-nın məlumatına görə, məntəqə və dairə seçki komissiyası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası katibliyinin informasiya mərkəzi gün ərzində 5 dəfə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumat verəcək.

Səsvermə saat yerli vaxtla 19:00-da başa çatacaq.

90 saylı Ağdaş seçki dairəsində 1 yer uğrunda 7 deputatlığa namizəd mübarizə aparır.

Parlament seçkilərini izləmək üçün 741 yerli müşahidəçi və Avropa Şurası Parlament Assamblesyasının (AŞPA) 4 müşahidəçisi akkreditasiyadan keçib.

90 saylı Ağdaş seçki dairəsində 40 seçki məntəqəsindən 10-da veb-kamera quraşdırılıb.