Mübariz İbrahimovun şəhadətindən 6 il ötür
https://azeri.sahartv.ir/news/azərbaycan-i221704-mübariz_İbrahimovun_şəhadətindən_6_il_ötür
Bu gün Azərbaycan Respublikası torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2016 04:32 Asia/Baku
  • Mübariz İbrahimovun şəhadətindən 6 il ötür
    Mübariz İbrahimovun şəhadətindən 6 il ötür

Bu gün Azərbaycan Respublikası torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.

İslamazeri.az xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini Azərbaycan Respublikası daxili qoşunlarının "N" saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, onlarla 5 saat təkbətək döyüşub. Azərbaycan Respublikası döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Şəhid olduqdan sonra Azərbaycan Respublikasının dindarları onun evinə axın ediblər, bundan sonra şəhid Mübarizin qəhrəmanlığı bu ölkədə gündəmə gəlib və hər kəs onun evinə ziyarətə gedib.

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı verilib.