Bakı boks üzrə dünya kubokunda iranlı boksçu macar rəqibinə qalib gəlib
-
Bakı boks üzrə dünya kubokunda iranlı boksçu macar rəqibinə qalib gəlib
Azərbaycan Respublikasında boks üzrə dünya kubokunun üçüncü günündə iranlı boksçu Salar Qulamı Macarıstandan olan rəqibi üzərində qələbə çalıb.
Boks Federasiyasının verdiyi məlumata görə, Olimpiya yarışlarına vəsiqə qazanmaq üçün həvəskar boksçulara son şans hesab olunan Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində 105 ölkədən 469 boksçu iştirak edir.
İranlı boksçu Salar Qulami ilk yarışında ardıcıllıqla 3 raundda Macarıstandan olan rəqibi Cerco Savuli üzərində qələbə çalıb və birinci 16-lığa daxil ola bilib.
İranlı bokçunun növbəti görüşü Tacikistan-Ukrayna rəqabətinin qalibi ilə baş tutacaq.
Digər iranlı boksçu Furutən Gülara isə rəqibinə məğlub olaraq, Rio-De-Janeyro Olimpiya yarışlarına vəsiqə qazanmaq şansını itirmişdir.
Bakıda boks üzrə Dünya Olimpiya Təsnifat Turniri cümə axşamı günündən Bakının "Sərhədçi" Olimpiya Mərkəzində keçirilməkdədir.