İranlı boksçu yeni uğura imza atdı
İyun 19, 2016 15:45 Asia/Baku
Bakıda boks üzrə dünya çempionatı rəqbətlərinin 4-cü günündə İranlı boksçu Səccad Məhəmmədpur rəqibinə qalib gəlib
52 kq çəki dərəcəsində rəqabət aparan Məhəmmədpur kenyalı rəqibinə qalib gələrək növbəti mərhələyə qalxa bilib.
İranın boks üzrə yığma komandasının baş məşqçisi Əbdür-Rza Ənsari deyib: Yarışların səviyyəsi çox yüksəkdir ancaq buna baxmayaraq iran yığması rəqabətlərin öhdəsindən yaxşı gəlir və xəsarət aldığına görə yarışlardan uzaqlaşmalı olan Ehsan Sepəhvəndidən məhrum olsaq da Rio De Janiro olimpiya yarışlarına 2-3 vəsiqə qazana bildik