Tehran və Bakı mədəni əlaqələri gücləndirirlər
-
Əli Cənnəti
İran İslam Respublikası və Azərbaycan Respublikası mədəni əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
İRİB-nin verdiyi məlumata görə, İranın islami mədəniyyət və irşad naziri Əli Cənnəti Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov ilə görüşündə iki ölkə arasında mədəni ortaqlıqlara işarə edib və deyib: İki ölkə arasında mədəniyyət sahəsində razılaşmaları nəzərə alaraq 3 illik dövr üçün qarşılıqlı əməkdaşlıqları müəyyənləşdirən yol xəritəsi vacib görünür.
Cənnəti iki ölkənin mədəni sahələrdə müştərək investisiyalar həyata keçirmələrinin vacibliyinə təkid edib və deyib: İran və Azərbaycan müxtəlif sahələr o cümlədən cizgi filmlərinin istehsalı, kitab nəşri, tərcümə fəaliyyətləri və musiqi sahələrində əməkdaşlıq apara bilərlər.
Azərbaycan Respublikasının Tehrandakı səfiri Bünyad Hüseynov da xüsusilə mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi üçün ortaqlıqlar potensialından istifadəyə təkid edərək deyib: Azərbaycan Respublikası İranla əlaqələrin heç bir məhdudiyyət olmadan genişləndirilməsində maraqlıdır.