Üçtərəfli görüşün gündəmi
https://azeri.sahartv.ir/news/azərbaycan-i222031-Üçtərəfli_görüşün_gündəmi
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2016 11:53 Asia/Baku
  • Rusiya, Azərbaycan və Ermənistan prezidentləri
    Rusiya, Azərbaycan və Ermənistan prezidentləri

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın üçtərəfli görüşü keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədini açıqlayarkən deyib: “Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”.