Bakıda iranlı boksçular yeni uğurlara imza atıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i222163-bakıda_iranlı_boksçular_yeni_uğurlara_imza_atıblar
Bakıda keçirilən boks üzrə dünya çempionatının beşinci günündə iranlı boksçular Salar Qulami və Siyavuş Ümidi rəqiblərinə qələbə çalaraq yarışların növbəti mərhələsinə keçə biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2016 09:12 Asia/Baku
  • Bakıda iranlı boksçular yeni uğurlara imza atıblar
    Bakıda iranlı boksçular yeni uğurlara imza atıblar

Bakıda keçirilən boks üzrə dünya çempionatının beşinci günündə iranlı boksçular Salar Qulami və Siyavuş Ümidi rəqiblərinə qələbə çalaraq yarışların növbəti mərhələsinə keçə biliblər.

91 kq çəki dərəcəsində yarışan iranlı boksçu Salar Qulami ukraynalı rəqibi, 57 kq çəki dərəcəsində yarışan Siyavuş Ümidi isə Virciniyalı rəqibi üzərində qələbə çalaraq növbəti mərhələyə qalxıblar.

Beləliklə İran boksçuları Bakı yarışlarında indiyədək 7 qələbə qazanıblar.

Bakı dünya çempionatına İrandan göndərilən 8 boksçudan 4-ü məğlub olduğuna, Ehsan Sepəhvəndi qol nahiyyəsindən xəsarət aldığına görə yarışlardan uzaqlaşıblar, dünəndən etibarən isə İran artıq üç boksçu ilə yarışları davam etdirir. Bunlar Səccad Məhəmmədpur, Salar Qulami və siyavuş Ümididən ibarətdirlər. Bu üç iranlı bokçu Rio De Janiro olimpiya rarışlarına vəsiqə qazanmağa səy göstərirlər.

Bakıda 105 ölkədən 469 boksçunun iştirakı ilə Rio De Janiro olimpiya yarışlarının 39 yeri uğrunda rəqabətlərə iyunun 16-da start verilib yarışlar iyunun 25-dək davam etdiriləcək