İranlı boksçu kolumbiyalı rəqibinə məğlub oldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i222241-İranlı_boksçu_kolumbiyalı_rəqibinə_məğlub_oldu
Bakıda keçirilən boks üzrə dünya çempionatının 6-cı günündə 52 kq çəki dərəcəsində iranlı boksçu Səccad Məhəmmədpur kolumbiyalı rəqibinə məğlub olaraq çempion yarışlarından silindi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2016 04:06 Asia/Baku
  • İranlı boksçu kolumbiyalı rəqibinə məğlub oldu
    İranlı boksçu kolumbiyalı rəqibinə məğlub oldu

Bakıda keçirilən boks üzrə dünya çempionatının 6-cı günündə 52 kq çəki dərəcəsində iranlı boksçu Səccad Məhəmmədpur kolumbiyalı rəqibinə məğlub olaraq çempion yarışlarından silindi.

Bakı çempionatında irandan iştirak edən 8 boksçudan beşi indiyədək yarışlardan silinmişlər, 1 boksçu isə fiziki xəsarət aldığına görə rəqabətləri tərk etmişdir. Beləliklə hal-hazırda İran Rio De Janiro olimpiya yarışlarına vəsiqə qazanmaq üçün sadəcə 2 boksçusu ilə rəqabət aparmaqdadır.

Yarışların davamında bu gecə Salar Qulami marakeşli rəqibi ilə, Siyavuş Ümidi isə Cənubi Koreyadan olan bir boksçu ilə rəqabət aparacaqlar.

Bakıda keçirilən boks üzrə dünya çempionatında 105 ölkədən 469 boksçu iştirak edir. rəqabətlər Rio De Janiro olimpiya yarışları üçün 39 yer uğrunda gedir.