Azərbaycan R-da Qurani-Kərimin ürəkoxşayan sədası
https://azeri.sahartv.ir/news/azərbaycan-i222313-azərbaycan_r_da_qurani_kərimin_ürəkoxşayan_sədası
İmam Həsən Muctəba(ə)-ın mövlud gününün ildönümü ilə bir vaxtda Azərbaycan Respublikası xalqının müxtəlif təbəqələrinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 22, 2016 11:12 Asia/Baku
  • Azərbaycan R-da Qurani-Kərimin ürəkoxşayan sədası
    Azərbaycan R-da Qurani-Kərimin ürəkoxşayan sədası

İmam Həsən Muctəba(ə)-ın mövlud gününün ildönümü ilə bir vaxtda Azərbaycan Respublikası xalqının müxtəlif təbəqələrinin iştirakı ilə Qurani-Kərimlə ünsiyyət mərasimi keçirilib.

Dünən axşam Azərbaycan Respublikasındakı Şəhriyar adına mədəniyyət evində keçirilən bu mənəvi mərasimdə Bakı, Gəncə, Lənkəran, Masallı və Cəlilabaddan olan Qurani-Kərim üzrə ən yaxşı qiraətçilər Qurani-Kərimdən nurlu ayələr qiraət ediblər.

Bu mərasimin kənarında Azərbaycan Respublikası vətəndaşlarının tablo formasında Qurani-Kərimin bəzədilməsi, taxta üzərində oyma, rəssamlıq və xəttatlıq sahəsindəki bədii əsərləri nümayiş etidrilib.

Bu Quran mərasimi iştirakçıları şam və xıftən namazlarından sonra camaat formasında öz iftarlarını açıblar.